Derbi yarımçıq dayandırıldı
23.10.2023 - 15:01
Yunanıstan çempionatının “Olimpiakos” - “Panatinaikos” qarşılaşması yarımçıq qalıb.
Apasport.az xəbər verir ki, buna 8-ci turun mərkəzi görüşündəki xoşagəlməz hadisə səbəb olub.
Qarşılaşmanın ilk hissəsinin sonlarında “Olimpiakos” azarkeşlərinin stadiona atdığı fişənglərindən biri rəqibin futbolçusu Xuan Karlosun başına tuş gəlib. 33 yaşlı ispaniyalı sol cinah oyunçusu xəstəxanaya aparılıb. Hadisədən sonra matç dayandırılıb.
Qeyd edək ki, turnir cədvəlinə 19 xala malik “Olimpiakos” başçılıq edir. 16 xalı olan “Panatiakos” 4-cü pillədə qərarlaşıb.
- Nuri Şahinin yerinə o gəldi: "Borussiya"da məşqçi təyinatı
- "Turan Tovuz", "Neftçi", "Sumqayıt": AZARKEŞLƏR KİMƏ DAHA ÇOX MARAQ GÖSTƏRİR?
- Boksçumuz Avropa Oyunlarının 1/4 finalında - FOTOLENT
- Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək
- Ronaldodan davam – AVRO-2024-ə doğru
0
0