
“Qalatasaray”ın hücumçusu Mauro İkardi “Beşiktaş”la derbidə zədələnib.
Apasport.az saytı xəbər verir ki, argentinalı forvard Çempionlar Liqasının “Bavariya” ilə oyununda meydana çıxmaya bilər.
Sağ ayaq biləyindən zədələnən İkardinin ilkin müayinəsi aparılıb. İstanbul klubundan verilən məlumata görə, təcrübəli futbolçu ilə bağlı yekun qərar oyun günü veriləcək. Derbidə iki qol vuraraq, komandasının qələbə qazanmasında böyük pay sahibi olan Mauronun iynələrin köməyi ilə meydana çıxacağı bildirilir.
Qeyd edək ki, “Qalatasaray” - “Bavariya” matçı oktyabrın 24-də İstanbulda baş tuatacaq.
- Qurban Qurbanov və Miodraq Bojoviç dünya reytinqində irəlilədi
- Faiq Hacıyev: "Hər kəsin bizdən gözləntiləri böyükdür" - MÜSAHİBƏ
- AFFA prezidenti bir sıra görüşlər keçirib
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı