
Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqrebdə “Qarabağ” üzərində qazanılan qələbəni (3:0) şərh edib.
Apasport.az xəbər verir ki, Yakiroviç ilk oyundakı qələbəyə baxmayaraq rahatlaşmaq istəmədiklərini deyib:
"Qarabağ”la bağlı oyundan əvvəl dediklərimin hamısı reallaşdı. Hücumda və müdafiədə güclüdürlər. Futbolçularımı təbrik etmək istəyirəm. Rəqibimizin çox güclü olmasına baxmayaraq, oyunu yüksək səviyyədə keçirdik. Hesabı açdıqdan sonra "Qarabağ" üstünlüyü ələ keçirdi. İlk fürsətdə təhlükəli olurlar və yaxşı futbol oynayırlar. 60-cı dəqiqəyə qədər müdafiədə problemimiz olsa da, sonradan səhvləri düzəldə bildik. Ümumilikdə, etibarlı oynadıq. Oyunun sonunda dəqiq olsaydıq, daha çox qol vura bilərdik. Rəqibin zəif nöqtələrindən istifadə etməyi bacardıq. Nəticədən razıyıq, amma rahatlaşa bilmirik, çünki bizi cavab oyunu gözləyir”.
- “Zirə”nin legioneri: “Premyer Liqada bizdən stabil komanda yoxdur” - Müsahibə
- Rasim Ramaldanov: "Fasilə xeyrimizə olacaq"
- Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
- Reqekampf: "Qarşımızda duran ən ali məqsəd kuboku qazanmaqdır"
- “Çelsi”dən qələbə, “Arsenal” xal itirib