Donnarumma yenə zirvədə - ilin ən yaxşısı seçildi
20.12.2025 - 00:07
Donnarumma yenə zirvədə - ilin ən yaxşısı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2025-ci ilin ən yaxşı qapıçısını açıqlayıb.

Apasport.az xəbər verir ki, qurumun səsverməsinə əsasən, “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma ilin ən yaxşı qolkiper seçilib.

İtaliyalı qapıçı 169 xal toplayaraq rəqiblərini böyük fərqlə geridə qoyub.

Səsvermədə Madrid “Real”ının qapıçısı Tibo Kurtua 65 xalla ikinci, “İnter”in isveçrəli qolkiperı Yan Zommer isə 59 xalla üçüncü pillədə qərarlaşıb. İlk beşlikdə həmçinin “Bavariya”nın təcrübəli qapıçısı Manuel Noyer (50 xal) və London “Arsenal”ının üzvü David Raya (40 xal) yer alıb.

Qeyd edək ki, səsvermə IFFHS redaksiyası və müxtəlif qitələri təmsil edən futbol ekspertləri tərəfindən həyata keçirilib.

IFFHS versiyasına görə 2025-ci ilin ən yaxşı 10 qapıçısı bunlardır:

1. Canluici Donnarumma (“Mançester Siti”) – 169 xal
2. Tibo Kurtua (“Real”) – 65
3. Yan Zommer (“İnter”) – 59
4. Manuel Noyer (“Bavariya”) – 50
5. David Raya (“Arsenal”) – 40
6. Alison Bekker (“Liverpul”) – 24
7. Emiliano Martines (“Aston Villa”) – 20
8. Robert Sançes (“Çelsi”) – 15
9. Cordan Pikford (“Everton”) – 14
10. Yassin Bunu (“Əl-Hilal”) – 13