Donnarummanın son durumu məlum olub
19.12.2024 - 10:57

Fransa Liqa 1-də "Monako" - PSJ matçında təhlükəli anlar yaşanıb.
Apasport.az xəbər verir ki, matçın 16-cı dəqiqəsində Monakoda Vilfrid Sinqonun ayağı Canluici Donnarummanın üzünə dəyib.
Meydanda futbolçuya ilk müdaxilə edilib. Lakin PSJ-nin qapıçısı üzünə aldığı zərbədən sonra oyunu davam etdirə bilməyib.
Matçdan sonra PSJ Donnarummanın səhhəti ilə bağlı açıqlama yayıb:
"Donnarummanın üzündə çoxlu yara və travma var. O, komanda ilə Parisə qayıdacaq. Yoxlamalar aparılacaq və o, bir neçə gün hərəkətsiz qalmalı olacaq".
Qeyd edək ki, PSJ “Monako”nu 4:2 hesabıyla məğlub edib.
- “Qarabağ”ın yetirməsindən yeni müqavilə
- Stanislav Çerçesov: “Qarabağ” boşluqlardan ildırım sürəti ilə yararlanır”
- “Mançester Siti”nin mövsümdə ev oyunlarına biletlərin hamısı satıldı
- Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları açıqlanıb
- “Mançester Yunayted” səfərdən 3 xalla qayıdır
0
0