"Dortmund" kapitanına yeni müqavilə təklif edib
12.02.2026 - 13:26
“Borussiya Dortmund” kapitanı Niko Şlotterbekin müqaviləsini uzatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Klub müdafiəçiyə illik 14 milyon avro qazancı olan uzunmüddətli müqavilə təklif edib.
Alman müdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilə qədərdir və Şlotterbek hələ müqavilənin uzadılmasına razılıq verməyib.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm “Dortmund”un heyətində çıxış etdiyi 26 rəsmi oyunda 3 qol və 2 assistlə yadda qalıb.
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- "Beşiktaş" gözünü kuboka dikib: "Qartallar" yarımfinalda
- “Qarabağ”ın sabiq məşqçisi “Sauthempton”la müqavilə imzaladı
- Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
- Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
0
0