Dünya çempionundan vida
27.07.2023 - 17:53

“Real Sosyedad”ın futbolçusu David Silva karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı ispaniyalı yarımmüdafiəçinin özü açıqlayıb.
2020-ci ildən indiki klubunda forma geyinən Silva 93 matçda 7 qola imza atıb. O, bunadək “Mançester Siti”, “Selta”, “Eybar” və “Valensiya”da da çıxış edib.
Qeyd edək ki, İspaniya millisində 125 matçda 35 qol vuran futbolçu dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.
- "İnter"lə matçda huşunu itirən futbolçunun son durumu açıqlanıb
- AFFA danışılmış oyunlarla bağlı seminar keçirib
- Realdan inamlı qələbə - Xoselu tarixə düşdü
- Avropa Liqası: “Qalatasaray” xal itirdi, “Beşiktaş” yenə məğlub oldu - YENİLƏNİB
- "Fənərbaxça"nın yeni transferi Anderson Talişka İstanbula gəlib
0
0