Duqlas Kosta "Fluminense"də
29.01.2024 - 00:24
Braziliyalı Duqlas Kosta vətəninə geri qayıdıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Fluminense" ilə müqavilə imzalayıb.
Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Kostanın son klubu ABŞ-nın “Los Anceles Qalaksi” klubu olub.
Qeyd edək ki, Avropada “Bavariya” və “Yuventus” klublarının şərəfini qorumuş Kosta peşəkar karyerası ərzində 512 matçda iştirak edərək, 76 qol və 107 məhsuldar ötürməyə imza atıb.
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"
- Fransalı hücumçu meydana çıxıb, erkən qol vuran 3-cü oyunçu oldu
- Montella gileyləndi - "İlk məğlubiyyətdə hər şeyi dağıtmağa çalışırlar"
- Abubakar "Neftçi"dən sərvət istəyir: Danışıqlar davam edir
0
0