"Əl-Hilal" Nunyez transferini bitirməyə çox yaxındır
06.08.2025 - 15:32
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal” “Liverpul”un hücumçusu Darvin Nunyezin transferini başa çatdırmağa çox yaxındır.
Apasport.az xəbər verir ki, Pro Liqa təmsilçisi İngiltərə klubuyla bütün şərtlər üzrə razılıq əldə edib.
Uruqvaylı forvard da bu keçidə müsbət yanaşır.
Transfer baş tutacağı təqdirdə mersisaydlılar bonuslarla birlikdə 53 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Darvin Nunyez 2022-ci ildə “Benfika”dan “Liverpul”a 75 milyon avroya transfer olunmuşdu.
- Roman Saleidən dünya çempionatında növbəti medal
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- Veşoviç də “Qarabağ”ı tərk etdi - RƏSMİ
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- "Vest Hem" qiyməti qaldırdı: Barış Alper üçün 30 milyon avro
0
0