Ərəblər "Sevilya"nın da 2 futbolçusunu aparır
13.07.2023 - 17:44
"Sevilya" iki futbolçunun satışından 100 milyon avro qazana bilər.
Apasport.az saytı xəbər verir ki, Əndəlüs klubu qapıçı Yasin Bono və Yusef En-Nesrini Səudiyyə Ərəbistanına yola salmağa hazırlaşır.
İspanlar iki futbolçu üçün təklif edilən 100 milyon avroyla razılaşıb. Tərəflər arasında danışıqların yekunlaşmaqda olduğu və ərəblərin futbolçularla şəxsi müqavilənin detallarını müzakirə etdikləri bildirilir.
Qeyd edək ki, Mərakeş millisinin şərəfini qoruyan hər iki oyunçunun “Sevilya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
- XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
- “Qarabağ” “5”ə çatdı
- Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşırlar
- Şahruddin "Beşiktaş"a qarşı matçın oyunçusu seçildi
- "Qalatasaray" Bundesliqa klubunun futbolçusunu istəyir
0
0