Ərəblərdən Xaviyə təklif var
25.05.2025 - 14:22
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Apasport.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Əl-Əhli”dən rəsmi təklif alıb.
Komandanı hazırda Matias Jaissle çalışdırsa da, klub cari çempionat başa çatdıqdan sonra məşqçini dəyişməyi ciddi şəkildə düşünür.
2024-cü ilin iyununda “Barselona”dan ayrılan Xavi o vaxtdan bəri işsizdir. Onun rəhbərliyi altında Kataloniya komandası La Liqa və İspaniya superkubokunun qalibi olub.
- “Tottenhem”dən qələbə, “Mançester Yunayted”dən xal itkisi
- Abbas Hüseynov: "İkinci mərhələdə "Hamrun"la düşməyimizi istəyərəm" - Müsahibə
- Millimizin sabiq üzvləri İngiltərədə master-klas keçəcəklər
- VAR sistemi ilk turdan fəaliyyətə başlayacaq
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
0
0