Ernandes “Bavariya”ya qoşuldu
23.05.2023 - 19:15
“Bavariya”nın futbolçusu Lukas Ernandes komanda ilə məşqləri bərpa edib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa yığmasının müdafiəçisi açıqlayıb.
O, sosial şəbəkə paylaşımında Almaniya klubunun hazırlıq prosesinə qatıldığını bildirib. Lukas DÇ-2022-də aldığı zədə üzündən uzun müddət meydanardan kənar qalıb.
27 yaşlı futbolçu noyabrdan sonra heç bir matça çıxmayıb. Avstraliya ilə görüşdə onun dizinin ön xaçvari bağları qırılıb.
Qeyd edək ki, Ernandesin yoxluğunda Fransa millisi DÇ-2022-nin günüş medalını qazanıb.
- Yeniyetmələr arasında Liqa yarışının II turunun ikinci yarış günü keçirilib
- İlon Mask İngiltərə komandasını almağa hazırlaşır
- “Maynts” Fələstinlə bağlı paylaşıma görə cəza kəsdi
- Stend atıcılığı üzrə Federasiya Kuboku keçirilib - FOTO
- "Bəhreyn" Qran-prisi Malayziyaya köçürüldü – "Formula-1"dən rəsmi qərar
0
0