Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
29.06.2026 - 01:51
Kanada millisinin futbolçusu Stiven Estakio fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın 1/16 finalında Cənubi Afrika Respublikası ilə keçirilən görüşün ən yaxşı futbolçusu seçib.
30 yaşlı yarımmüdafiəçi Kanadanın 1:0 hesablı qələbəsini təmin edən yeganə qolu vurub. O, qarşılaşmanı 8,2 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, Kanada bu qələbə ilə tarixində ilk dəfə dünya çempionatının 1/8 finalına yüksəlib. Şimali Amerika təmsilçisi növbəti mərhələdə Niderland – Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.
0
0