Premyer Liqada maliyyə dayanıqlığı qaydalarını pozduğuna görə, 10 xal cərimələnən "Everton" bu mövsüm daha bir cəza ilə üzləşə bilər.
Apasport.az "Athletic"ə istinadla xəbər verir ki, "Everton" və "Nottingem Forest" liqanın maliyyə qaydalarını pozduqları səbəbiylə müstəqil komissiyaya sövq ediləcək.
Məsələ ilə bağlı hər iki komandanın lazımi sənədləri hazırladığı və özlərini müdafiə edəcəkləri, təqsirli olduqları təqdirdə cərimə və ya xallarının silinəcəyi bildirilib.
Qeyd edək ki , İngiltərə Premyer Liqasının turnir cədvəlində "Nottingem Forest" 20 xalla 15-ci, "Everton" 17 xalla 17-ci pillədə qərarlaşıb.
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub
- 21 yaşadək cüdoçuların komanda yarışlarına yekun vurulub
- “Murov Az Terminal” bürüncə sahib çıxıb
- Hakan Çalhanoğlu: "Münhendə qalib gəlmək çox çətindir, amma..."