Fabreqas “Komo”dan ayrılır?
27.03.2026 - 17:36
İtaliya A Seriyası təmsilçisi “Komo”nun baş məşqçisi Ses Fabreqas karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, “Mançester Siti” rəhbərliyi hazırda komandanı çalışdıran Pep Qvardiolanın klubdan ayrılacağı təqdirdə, 38 yaşlı mütəxəssisi əsas namizəd kimi nəzərdən keçirir.
İspaniyalı mütəxəssisin adı həmçinin “Real Madrid” ilə də hallanır.
Qeyd edək ki, Fabreqas məşqçilik karyerasına “Komo”da başlayıb.
- Könülləri fəth etdi, qəribə qrafik cızdı, prezidentliyi bacarmadı - ULDUZLAR
- Braziliya millisinin üzvü “Betis”də qala bilər
- Niderland yığmasının daha bir futbolçusu AVRO-2024-ü buraxacaq
- Aleksandr Ceferin: “Oyun sayı azalsa, maaşlarınız düşəcək”
- Aleksey İsayev: "Murad Musayevə hər zaman minnətdar olacam" - Müsahibə
0
0