"Panatinaikos"un baş məşqçisi Fatih Terim heyətini türklərlə gücləndirməkdə davam edir.
Apasport.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, "Panatinaikos"da qapıçı çatışmazlığının olduğunu bildirən Terim rəhbərlikdən "Adana Dəmirspor"un qolkiperi Ertaç Özbirin heyətə cəlb olunmasını istəyib.
Omba nahiyəsindən zədə alan Ertaçın qısa müddətdə meydançaya dönəcək səviyyədə olduğu öyrənilib. 2 klub arasında baş tutan görüşdən sonra 34 yaşlı qolkiperin Yunanıstana yollanacağı bildirilib.
Qeyd edək ki, daha öncə Yunanıstan yığması ilə 3 liqa matçında 2 qələbə, 1 heç-heçə edən 70 yaşlı çalışdırıcı "Fənərbaxça"nın müdafiəçisi Səməd Akaydını icarəyə götürüb.
- Mehman Alışanov: “Futbol bu sahəyə yad adamların əlinə keçib” - OFSAYD
- “Roma” azarkeşləri futbolçunun cəriməsini ödəmək üçün pul yığıblar
- Qurban Qurbanovun dünənki iclasda niyə iştirak etmədiyi məlum oldu
- "Milan"da ayrılıq
- Millətlər Liqası: Türkiyə Uelslə bacarmadı, Almaniyadan darmadağın - YENİLƏNİB