Fatih Terim yeni komandası ilə məşqlərə başlayıb
29.12.2024 - 09:25
Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu Fatih Terimlə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Klub prezidenti Mohamad Almunajemin də qatıldığı mərasimdə türk mütəxəssislə 5 aylıq müqavilə imzalanıb. F.Terimin köməkçiləri Hamza Hamzaoğlu və Levent Şahin olacaq.
Bu müddətdə Terimin 1 milyon 600 min avro qazanacağı bildirib.
Fatih Terim yeni komandasının qış fasiləsində təlim-məşq toplanışında olduğu Qətərin Doha şəhərinə yola düşüb. O, dünən “Əl-Şabab"ı ilk məşqə də çıxarıb.
- Fiqo "7 nömrə" və Ronaldo haqda: "Ölkəni özündən üstün tut"
- Gənc basketbolçuların hazırlığı davam edir
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- Zamiq Əliyev: "Az da olsa, ümidim var idi ki, bəlkə millidən dəvət gələr" - Müsahibə
- “Arsenal” argentinalı hücumçu ilə maraqlanır
0
0