"Panatinaikos"un baş məşqçisi Fatih Terim Samet Akaydın transferi ilə bağlı ilk dəfə danışıb.
Apasport.az xəbər verir ki, "Panatinaikos"un baş məşqçisi əzəli rəqibi "Olimpiakos"la 1:1 hesabı ilə bitən kubok matçından sonra transferlə bağlı önəmli açıqlamalar verib.
Matçdan sonra təşkil edilən mətbuat konfransında Fatih Terimə Samet Akaydın transferi ilə bağlı sual verilib.
Terim Akaydın üçün "Fənərbaxça" ilə görüşdüklərini bildirib: "İdman direktorumuz Samet Akaydın transferi üçün İstanbula gedib. İndi "Fənərbaxça"dan cavab gözləyirik".
Qeyd edək ki, "Fənərbaxça" ötən mövsümün yarısında "Adana Dəmirspor"dan 3,7 milyon avroya Samet Akaydını transfer edib.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- Elmar Baxşıyev: "Araz-Naxçıvan"ın Bakıda oynaması sırf bizdən asılı deyil“ - MÜSAHİBƏ
- UEFA Şahruddin Məhəmmədəliyevi fərqləndirdi
- “Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA