Fatih Terimin komandası azarkeşlərə hədiyyə paylayacaq
31.12.2024 - 14:38
Fatih Terimin baş məşqçisi olduğu "Əl-Şabab" azarkeşlərinə hədiyyələr paylayacaq.
Apasport.az xəbər verir ki, "ağ-qara" komanda matçlara daha çox azarkeş cəlb etmək üçün lotereya keçirmək qərarına gəlib.
"Əl-Şabab" rəhbərliyi püşkatma yolu ilə azarkeşlərə avtomobil, 3 telefon, 2 tablet, "İmperator Fatih Terim" imzalı 20 forma, Fatih Terim və futbolçularla görüşmək və klub muzeyini gəzmək üçün 20 bilet hədiyyə edəcək.
Qeyd edək ki, Terimin komandası Səudiyyə Ərəbistanı Liqasında 23 xalla 6-cı pillədə qərarlaşıb.
- Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb
- "Formula-1" üzrə Niderland Qran-prisi başa çatıb
- Qurban Qurbanov: “Yəqin həmin işə baxan şəxslər evə getmişdi”
- Mahir Məmmədov: “Rəcəbovun az oynamağının obyektiv səbəblərini açıqlamaq istəməzdim” - MÜSAHİBƏ
- “Zirə” “Şamaxı”ya qalib gəldi - YENİLƏNİB
0
0