
Futbol üzrə Səudiyyə Ərəbistanı Pro Liqasında XVII turun oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə Fatih Terimin rəhbəlik etdiyi “Əl-Şabab” evində “Əl-Feyha” ilə qarşılaşıb.
İlk hissəni Hamdallahın qoluyla öndə tamamlayan ev sahibləri 2-ci hissədə üstünlüyünü qoruya bilməyib. 57-ci dəqiqədə qonaqlar Lopezin qolu ilə hesabı bərabərləşdiriblər.
Lakin matçın son dəqiqələrində səhnəyə yenə Hamdallah çıxıb. 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
Gərgin keçən görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə Terimin çalışdırdığı komanda xallarının sayını 29-a çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.
Səudiyyə Ərəbistanı Pro Liqası
XVII tur
19:10. “Əl-Şabab” – “Əl-Feyha” – 2:1
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- Millimizin 3 boksçusu finalda
- Konfrans Liqası: "Fiorentina" və "AZ Alkmaar" yarımfinalda - YENİLƏNİB
- Frimponq "Barselona" ilə bağlı açıqlama verdi
- "Atletiko Madrid" Qrizmanın gələcəyi ilə bağlı qərar verib