"Fənərbaxça" 15 milyona transfer etdiyi futbolçunu göndərir
26.12.2024 - 10:13
Türkiyənin "Fənərbaxça" klubu Cengiz Ünderlə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, İstanbul klubu ümidləri doğrultmayan oyunçu ilə yollarını ayırmağı planlaşdırır.
Klub rəhbərliyi artıq Cengizin meneceri ilə görüşərək, qış transfer dönəminə qədər futbolçuya yeni klub tapmağı tapşırıb. 27 yaşlı vingerin 6 aylıq icarəyə göndərilməsi gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi ötən yay 15 milyon avro qarşılığında "Marsel"dən transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqada cəmi 5 oyunda 125 dəqiqə meydanda olub.
- Dünya çempionu “Yunayted” və “Atletiko”nun radarında
- Dieqo Forlan tennis turnirində iştirak edəcək
- Tahir Gözəl: “Qarabağ”a inanıram”
- Azərbaycan Prezidenti: Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq
- "Fənərbaxça" Joze Mourinyo ilə müqavilə imzaladı - RƏSMİ
0
0