“Fənərbaxça” Antonini icarəyə götürmək istəyir
13.06.2025 - 13:16
Yeni mövsümdə heyətini gücləndirmək istəyən "Fənərbaxça" “Mançester Yunayted”ə məxsus olan Antonini icarəyə götürmək istəyir.
Apasport.az xarici KİV-ə istinadən bildirir ki, “sarı-lacivərd”lilərin baş məşqçisi Joze Mourinyo hücumun sağ qanadına braziliyalı oyunçunu gətirmək istəyir.
“Fənərbaxça” cari transfer dəyəri 35 milyon avro olan futbolçunu ilk başda icarəyə götürmək istəyir.
Ötən mövsümün ilk yarısında “qırmızı şeytanlar”da forma şansı tapa bilməyən 25 yaşlı vinger qışda icarə əsasında "Real Betis"ə keçib.
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- Bakıda fitnes məşqçiləri üçün UEFA B kursu keçirilib
- "Trabzonspor" - "Fənərbaxça" matçındakı izdihama görə bu futbolçulara intizam işi açıldı
- Ayxan Abbasov: "Futbolçu göndərmək asandır, gətirmək isə çətin"
- Qonaqların üstünlüyü ilə keçən tur
0
0