"Fənərbaxça" braziliyalı ilə yollarını ayırdı
09.02.2024 - 11:18
"Fənərbaxça"nın braziliyalı yarımmüdafiəçisi Linkoln Henrike vətəninə qayıdıb.
Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərd" klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqantino” klubunda çıxış edəcək. Onun müqaviləsinə satın alma variantı da daxil edilib.
Qeyd edək ki, bu mövsüm yalnız 1 rəsmi matçda meydana çıxan Linkoln aktivinə 1 qol və 1 asist yazdırıb.
- Bakıda güləş üzrə Avropa çempionatı start götürür
- Rauf Əliyev: "Molde" və "Hakken"lə səfərdə qazanılacaq xallar çox vacibdir" – Müsahibə
- “Səbail”də ciddi itki
- Tural Piriyev: "Mingəçevir"in I Liqadakı yerini qoruyub saxlaması əsas hədəfdir"
- Azərbaycan Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək
0
0