"Fənərbaxça" Dieqo Karlosu rəsmən açıqladı
21.01.2025 - 23:51
Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” müdafiə xəttini gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”dan Dieqo Karlosu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu hazırda tibbi yoxlanışdan keçmək üçün Türkiyəyə gəlib.
Xatırladaq ki, “Fənər” bu transfer üçün Premyer Liqa klubuna 11 milyon avro ödəniş etməli olmuşdu.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi karyerasında “Sevilya”, “Nant”, “Eştoril” və “Madureyra”da çıxış edib.
- AFFA rəsmisi UEFA-dan təyinat alıb
- Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında təmsil edəcək güləşçilərimiz bəlli olub
- Azərbaycanlı referi ən yaxşı adına layiq görülüb
- Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər
- Azər Məmmədov: “İkinci dövrədə daha fərqli "Kəpəz" olacağıq” - MÜSAHİBƏ
0
0