“Fənərbaxça” Fransa klubunun müdafiəçisi ilə maraqlanır
03.01.2025 - 10:35
“Lans”ın futbolçusu Kevin Danzo karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubu 26 yaşlı futbolçunun transferini qış fasiləsində tamamlamaq istəyir. Tərəflər arasında danışıqlar davam edir.
Danzo bu mövsüm 12 oyuna çıxıb. Onun “Transfermarkt”da dəyəri 25 milyon avrodur.
- "Nyukasl" və "Çelsi"dən minimal hesablı qələbələr
- Serena Uillyams: Qadın Tennisinin Əfsanəsi
- Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi
- A seriyası klubu baş məşqçisini istefaya göndərdi
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
0
0