"Fənərbaxça" qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" Dieqo Karlosla yaxından maraqlanır.
"Fənər" futbolçu üçün klubu "Aston Villa"ya rəsmi təklif göndərib.
Hələ ki, klubun müdafiəçini transfer edəcəyi, yoxsa icarəyə götürəcəyi bəlli deyil. Tərəflər danışıqları bu yöndə davam etdirir.
Daha öncə mətbuatda yayılan xəbərlərdə Karlosun "Sevilya"dan Luis Bade ilə dəyişdiriləcəyi bildirilirdi. Lakin bu barter baş tutmayacaq. Karlos böyük ehtimalla İstanbul təmsilçisinə keçəcək.
Qeyd edək ki, onun "Aston Villa" ilə müqaviləsi gələn ilin yayına qədərdir.
- DÇ biletlərinin qiyməti kəskin ucuzlaşıb
- Premyer Liqa klublarına oyun qaydaları ilə bağlı məlumat verilib
- "Fənərbaxça"nın ulduz futbolçusu "Qalatasaray"ın radarına düşüb
- Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinin rəqibi bəlli olub
- Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib