
“Fənərbaxça” Super Liqanın XIII turunun “Fatih Karagümrük” matçının hakimliyindən narazı qalıb.
Apasport.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi Türkiyə Futbol Federasiyasından hakimlərin VAR-la danışıqlarının açıqlanmasını tələb edib.
Klubun baş katibi Burak Çağlan Kızılhan hətta görüşün yenidən keçirilməsinə də hazır olduqlarını açıqlayıb: “Komandamızın son matçının 52-ci dəqiqəsindəki penalti epizodundakı və hətta bütün görüşün VAR danışıqlarının açıqlanmasını istəyirik. “Fatih Karagümrük” klubunun da razılığı olsa, matçı yenidən oynamağa hazırıq. 9 mövsümdür çempion olmayan, lakin hər dəfə haqqımızda “çempion ediləcək” iddialarını cavablandıraraq deyirik ki, bu dəfə əzbərlədiyiniz kimi olmayacaq”.
Qeyd edək ki, bu narazılığa matçın 52-ci dəqiqəsində yaşananlar səbəb olub. Top Samet Akaydının əlinə dəysə də, nə baş hakim, nə də epizodu dəyərləndirən VAR penalti qərarı verməyib.
- Mourinyo onu komandada saxladı - "Fənərbaxça"da yeni müqavilə
- Millimizin üzvü: "Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim"
- “Neftçi”dən yeni antirekord və ilk, ən məhsuldar oyun
- Rəşad Sadıqov: “İnanmıram zəng olsun ki, filan oyunçunu oynat”
- Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşdü