"Fənərbaxça"da ciddi itki - KLUB AÇIQLADI
18.03.2026 - 15:10
“Fənərbaxça”nın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Levent Mercan sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ölkə çempionatının XXVII turunda “Qaziantepspor"la keçirilən (4:1) oyunda zədələnib. Müayinədən sonra onun sol ayağının bud əzələsində yırtıq aşkarlanıb.
Qeyd edək ki, “Fənərbaxça” Levent Mercanı 2024-cü ildə “Fatih Karagümrük”dən transfer edib. O, bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0