"Fənərbaxça"da sevindirici xəbər - Zədədən geri qayıtdı
02.04.2026 - 16:57
"Fənərbaxça"da sevindirici xəbər - Zədədən geri qayıtdı

"Fənərbaxça"nın ulduz müdafiəçisi zədəsini sağaldaraq komandaya qoşulub.

Apasport.az xəbər verir ki, bir müddətdir "sarı - lacivərdlilər"dən uzaq qalan Milan Șkriniar komanda ilə birgə məşq prosesində iştirak edib.

31 yaşlı futbolçunun Türkiyə Super Liqasının XXVIII turu çərçivəsində "Beşiktaş" qarşı oyunda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Milan Șkriniarı cari mövsümün əvvəlində PSJ-dən 6 milyon avroya transfer edib.