"Fənərbaxça"da ŞOK İTKİ
20.02.2026 - 15:47
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in kapitanı Milan Șkriniar 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ulduz futbolçu UEFA Avropa Liqasının pley-off mərhələsində baş tutan "Nottingem Forest"ə qarşı oyunun 26-cı dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 27-də İngiltərədə baş tutacaq.
- Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
- Vanda Nara “Qalatasaray” rəsmiləri ilə görüşəcək
- “Fənərbaxça”dan Ərəbistan yarımadasına
- Zlatandan Messiyə dəstək: "Sanki çiyinlərində qum torbası daşıyırlar"
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
0
0