“Fənərbaxça”da yarpaq tökümü: Qışda o da gedir...
29.11.2023 - 18:43

“Fənərbaxça”dan Miha Zayç İtaliya klublarının diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, “Empoli” və “Frosinone” Slovakiya millisinin də şərəfini qoruyan 29 yaşlı futbolçunun keçidi uğrunda mübarizə aparır.
Bu mövsüm istənilən performansı göstərə bilməyən yarımmüdafiəçinin baş məşqçi İsmail Kartalın da gözündən düşdüyü bildirilir. Oyunçunun qışda sözügedən İtaliya klublarından birinə icarəyə verilməsi gündəmdədir.
Qeyd edək ki, bu mövsüm 12 matçda 748 dəqiqə meydanda olan Zayç 2 qolla yadda qalıb. Onun “sarı-lacivərdlilər”lə razılaşması 2026-cı ilin yayına kimidir.
- “Sabah”ın yay planı bəlli oldu
- "Milan"a nigeriyalı hücumçu
- "Neftçi" və "Qarabağ"ın legionerləri oynadı, komandaları Türkiyəni məğlub etdi
- Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var"
- Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
0
0