Türkiyə Super Liqası komandalarından “Fənərbaxça”da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in futbolçusu Linkoln Henrike karyerasını İngiltərədə davam etdirəcək.
“Hall Siti” 26 yaşlı forvardı mövsümün sonuna kimi icarəyə götürüb.
Oyunçu öz sosial media platformasından İstanbul təmsilçisinin azarkeşləri ilə vidalaşıb: “Sizin sevginizi hiss etmək möhtəşəm idi. Həyatda hər şey istədiyimiz kimi getmir.Bütün azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, braziliyalı futbolçu “Fənər”ə 2022-ci ildə Portuqaliyanın “Santa Klara” klubundan 3.50 milyon avro qarşılığında transfer edilmişdi.
- Keyn hamını qabaqladı
- “Formula-1”: İlk sərbəst yürüşün ən sürətlisi Serxio Peres oldu
- “Səbail” ilk legioner transferini reallaşdırıb
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib