Fernando "Sevilya"dan getdi
30.12.2023 - 14:22
"Sevilya" futbolçusu ilə müqaviləyə xitam verib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi
yarımmüdafiəçi Fernandonun razılaşmasını oyunçunun istəyi ilə ləğv edib.
36 yaşlı yarımmüdafiəçinin ailə vəziyyəti ilə bağlı karyerasını vətənində davam etdirəcəyi bildirilir.
2019-cu ilin yayından "Sevilya"nın şərəfini qoruyan Fernando artıq Braziliya klublarından gələn təklifləri dəyərləndirir.
Qeyd edək ki, “Əndəlüs komandası ilə 167 oyun keçirən veteran futbolçu, 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Boksçumuz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
- Əliyar Ağayevin final fiti - "Siti" qələbə qazandı - YENİLƏNİR
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
- Messi qayıdır, Mbappe olmayacaq, Neymarın mübarizəsi sual altında
0
0