FİFA Dünya çempionatının investorlara satılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Apasport.az xəbər verir ki, qurum yaydığı açıqlamada mətbuatda yer alan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
FİFA bəyan edib ki, yanlış xəbərlər planlaşdırılan məsləhətləşmə prosesinə mənfi təsir göstərib:
"Heç kim futbolu satmır. Bu, FİFA-nın heç vaxt düşünə biləcəyi bir məsələ deyil. FİFA açıq və demokratik məsləhətləşmə prosesinə sadiq olduğunu bir daha təsdiqləyir".
Qurum ictimaiyyətdə səsləndirilən narahatlıqlara da hörmətlə yanaşdıqlarını bildirib:
"Hər kəs etirazını bildirmək və əlavə izahat tələb etmək hüququna malikdir. Lakin heç bir qurum dünya üzrə FİFA-ya üzv olan 211 milli assosiasiyanın hamısını təmsil etdiyini iddia edə bilməz. Hər bir üzv assosiasiyaya təklifi qiymətləndirmək və öz gələcəyinin formalaşdırılmasında söz sahibi olmaq imkanı verilməlidir".
- Musa Qurbanlı: "Poqon" haqda mənə məlumat verilməmişdi" – MÜSAHİBƏ
- İspaniya üçün Avstriya sınağı - Son pley-off cütü rəsmiləşdi
- “Çelsi” > La Liqa, A Seriyası, Liqa 1 və Bundesliqa
- Dünya Kubokunda iştirak edəcək idmançılarımız bilindi
- “Sürix”in baş məşqçisi: “Qarabağ”ın 5:1 hesablı qələbəsi məni qorxutmur"