FIFA Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna tətbiq olunan transfer qadağasını aradan qaldırıb.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq bütün prosedurlar tamamlanıb və klub yenidən yeni futbolçuları qeydiyyatdan keçirə biləcək.
Qeyd edək ki, daha əvvəl “Əl-Nəsr”in qış transfer pəncərəsində yeni oyunçularla müqavilə bağlamasına qadağa qoyulmuşdu. Buna səbəb klubun əvvəlki transferlər üzrə maliyyə öhdəliklərini yerinə yetirməməsi idi. Səudiyyə klubu Aymerik Laporte və CSKA-nın sabiq hücumçusu Əhməd Musa ilə bağlı borclarını tam şəkildə ödəməyib.
- Dövlət qurumlarının əməkdaşları arasında minifutbol turniri keçirilib - FOTO
- Basketbolçularımızın Dünya Qadın Seriyasındakı ilk rəqibləri bəlli olub
- “Sabah”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
- “Tottenhem” onu baş məşqçi gətirir