FIFA-ya Ukraynadan müraciət: “İran mundiala buraxılmasın”
01.11.2022 - 10:06
İranın dünya çempionatından uzaqlaşdırılması üçün FIFA-ya təzyiqlər artır.
Apasport.az saytının məlumatına görə, son olaraq Ukrayna tərəfi buna qarşı olduğunu bəyan edib.
Ukrayna Futbol Assosiasiyası ali futbol qurumuna rəsmi müraciət edərək, İranın DÇ-2022-yə buraxılmamasını tələb edib. Həmçinin başqa bir neçə federasiya da İranın əvəzinə İtaliya yığmasının Qətərə yollanmasının tərəfdarıdır.
Qeyd edək ki, noyabrın 20-də başlayacaq dünya çempionatında İran B qrupunda İngiltərə, ABŞ və Uelslə mübarizə aparacaq.
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
- Julio Romao: "Turniri ləyaqətli şəkildə tərk etmək istəyirik"
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- Qəzənfər Abbasov: “Millimizin qələbə qazanacağını düşünürəm”
- Paris-2024: Cənubi Sudandan tarixi qələbə
0
0