Lionel Messinin ABŞ Açıq kubokunun finalında oynaması sual altındadır.
Apasport-az-ın məlumatına görə, ulduz futbolu “İnter Mayami”nin son məqşində iştirak etməyib.
“Toronto” ilə görüşdə zədələnən Messinin hələ tam sağalmadığı bildirilir. Komandanın baş məşqçisi Xerardo Martine Lionelin meydana çıxıb-çıxmayacağına oyundan bir neçə saat əvvəl aydınlıq gələcəyini deyib. Təcrübəli mütəxəssis həlledici qarşılaşmada futbolçunun xidmətindən istifadə etmək arzusunu da gizlətməyib.
Qeyd edək ki, “İnter Mayami” – “Dinamo Hyuston” matçı sentyabrın 28-də saat 04:30-da start götürəcək.
- “Barselona” almadı – Reşford “Mançester Yunayted”ə qayıdır
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- Samir Abasov: “Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir”
- "Səbail"in kapitanı: "Nəticələr ürəkaçan deyil, Cavid Hüseynov gəldikdən sonra..."
- Şahin Diniyev: "Pulumuz var deyə xərcləməli deyilik"