“Fiorentina"nın futbolçusunun ürəyinə defibrilyator quraşdırılıb
10.12.2024 - 23:58
"Fiorentina" futbolçusu Edoardo Bovenin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, əməliyyatla ona ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılıb.
İdmançının sağlamlığı üçün təhlükə aradan qaldırılıb. Lakin İtaliya idman təbabəti və kardiologiya normalarına əsasən, defibrillyator quraşdırılmış oyunçular yarış müsabiqələrində iştirak edə bilməzlər.
Qeyd edək ki, futbolçu A Seriyasının XIV turunun "İnter"lə oyununda huşunu itirərək, yerə yıxılıb.
- Bakıda keçiriləcək beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
- Qurban Berdıyev: "İlk hissədəki oyunu ikinci yarıda da oynasaydıq..."
- Azpilikueta gəlsə, o gedəcək
- Kolumbiya millisinin üzvü “Əl-Nəsr” yolunda
- AAAF-ın baş katibi: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət var"
0
0