“Barselona” Roberto Firmino transferində son nöqtəni qoymağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi "Liverpul"un hücumçusu ilə danışıqları sürətləndirib.
Mövsümün sonunda İngiltərə klubu ilə müqaviləsi başa çatacaq 31 yaşlı braziliyalı “Real”ın da diqqət mərkəzindədir. Madrid klubu Firiminonu komandanın əsas hücumçusu Kərim Benzemanın əvəzləyicisi kimi görür.
Forvard uğrunda mübarizədə kataloniyalıların əzəli rəqiblərini qabaqladığı bildirilir.
Qeyd edək ki, 2015-ci ildən Mersisayd klubunun şərəfini qoruyan Roberto bu mövsüm 23 matçda 9 qol və 4 assistlə yadda qalıb.
- Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar
- "Qarabağ" səfərdə "Kəpəz"i məğlub etdi - YENİLƏNİB
- İlham Yadullayev: "Sumqayıt" Samir Abasovun sayəsində yüksəliş dövrünü yaşayır" - MÜSAHİBƏ
- "Qarabağ" tarixində 20-ci titulunu qazanıb
- Bakıda Silahlı Qüvvələr gününə həsr olunmuş turnir keçirilib - FOTO