Flik Xaviyə çatıb
17.03.2025 - 13:24

İspaniya La Liqasının XXVIII turunda “Barselona” “Atletiko”nu məğlub edib – 4:2.
Apasport.az xəbər verir ki, kataloniyalılar 18 oyundur, uduzmur. Komanda bu matçlarda 15 qələbə qazanıb, 3 heç-heçə edib. “Barselona”nın sonuncu məğlubiyyəti 2024-cü ilin dekabrında “Atletiko” ilə matçda olub – 1:2.
Komandanın baş məşqçisi Hans-Diter Flik məğlubiyyətsizlik seriyasında keçmiş baş məşqçi Xavinin uğurunu təkrarlayıb.
“Barselona” hazırda 60 xalla La Liqada liderdir.
0
0