İsveç millisinin aparıcı futbolçusu Emil Forsberq Azərbaycan yığmasına məğlubiyyəti biabırçılıq adlandırıb.
Apasport.az xəbər verir ki, "Leyptsiq"in təcrübəli oyunçu bu haqda AVRO-2024-ün seçmə mərhələsində millimizə 0:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən danışıb:
"İlk 2 qolu buraxdıq və özümüzü pis vəziyyətə saldıq. Erkən buraxılan 2 qoldan sonra komanda özünə olan inamı itirdi. Özümüzə güzgüdə baxıb soruşmalıyıq ki, yaxşı oynadıqmı? O dəqiqə də "xeyr" cavab alacağıq. Bu, biabırçılıqdır. Matçın əvvəlində Azərbaycan millisinə təzyiq etməyi bacarmadıq. Artıq 6-cı dəqiqədə hesab 0:2 idi. Əlbəttə, bu, böyük məyusluqdur. Yaxşı oynaya, pressinq tətbiq edə bilmədik. Fasilədə oyunu çevriməyi qarşımıza məqsəd qoysaq da, rəqibi təslim etmək mümkün olmadı. Milli tarixinin ən bərbad oyunlarından biri idi".
- Ralf Ranqnik: “Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”
- “Yunayted”in yeni baş məşqçisi bəlli olub
- “Rayo Valyekano”dan minimalhesablı qələbə
- Aslan Kərimov: “Avroliqa bitəndən sonra "Qarabağ"ın qarşısını almaq çətin olacaq” - Müsahibə
- “Neftçi”nin baş məşqçisini vuran mütəxəssisin cəzası Bəlli oldu