Fransa millisinin üzvü “Vest Hem”də qalacaq
28.04.2025 - 18:22

İngiltərə Premyer Liqası təmsilçilərindən “Vest Hem” müdafiəçi Jan-Kler Todibonu komandada saxlayacaq.
Apasport.az xəbər verir ki, komanda 26 yaşlı oyunçunu məxsus olduğu “Nitsa”dan birdəfəlik transfer etməyi planlaşdırır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, London klubu futbolçu üçün qarşı tərəfə 42,5 milyon avro ödəyəcək.
Xatırladaq ki, “Vest Hem” Todibonu ötən ilin avqustunda “Nitsa”dan icarəyə götürmüşdü.
Fransa millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisi ilə 25 matçda meydana çıxıb.
0
0