Fred “Mançester Yunayted”dən ayrılacaq
07.08.2023 - 21:27
“Mançester Yunayted”in futbolçusu Fredin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İngiltərə klubunu tərk edəcək.
Klub rəhbərliyi onun satılmasına qərar verib. Fredə uyğun müştərilərlə danışıqlar aparılır. Onun yaxın müddətdə yeni klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, mançesterlilər digər yarımmüdafiəçisi Donni van de Bekin transferi ilə bağlı “Real-Sosyedad”la danışıqları davam etdirir.
- İslam Oyunları: Ağırlıqqaldıranımız 3 medal qazanıb - FOTO
- “Fənərbaxça”dan Girassi planı – 3 alternativ hazırdır
- İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ"ın qonağı olublar - FOTO
- İsmayıl Zülfüqarlı: "Milli komandada oynamağa futbolçu qalmayacaq"
- Madrid klublarının ortaq istəyi
0
0