Frenki de Yonq "Çelsi" yolunda
08.02.2024 - 14:32

"Çelsi" "Barselona"nın ulduzu Frenki de Yonq üçün Mixail Mudriki Kataloniya klubuna verməyə hazırdır.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
26 yaşlı hollandiyalının transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. Londonlular sövdələşməyə ukraynalı futbolçu Mudriki də daxil etməklə bu məbləği azaltmaq istəyirlər. "Çelsi" və "Barselona" arasında müqavilə yayda yekunlaşa bilər.
Qeyd edək ki, bu mövsüm de Yonq La Liqada 15 oyun keçirib və 1 qol vurub.
- Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək - TARİXDƏ İLK DƏFƏ
- 2028-ə qədər "Bayer"də
- Yamal dünya futbolunun ən yaxşı vunderkindləri reytinqinə başçılıq edir
- Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb
- DÇ-2022-də təmsil olunan klublar: “Bavariya” Qətərdədir
0
0