George Hacinin oğlu Super Liqada - RƏSMİ
04.09.2025 - 15:55
George Hacinin oğlu Super Liqada - RƏSMİ

"Qalatasaray"ın əfsanəvi futbolçusu George Hacinin oğlu Yanis Haci karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, "Alanyaspor" rumıniyalı yarımmüdafiəçini transfer edib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Yanis Hacinin son olaraq "Reyncers"də çıxış edib.