Gözü sabiq hücumçusunda
24.06.2022 - 16:57

“Ayaks” Dortmund “Borussiya”sına keçməyə hazırlaşan Sebastyen Alleyə əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, Niderland klubu sabiq futbolçusu Luis Suaresə elçi düşüb.
Amsterdamlılar “Atletiko” ilə müqaviləsi başa çatan Uruqvay millisinin üzvü ilə danışıqlara başlayıb. 35 yaşlı forvard hazırda azad agent olduğundan, onun keçidi havayı başa gələ bilər. Futbolçu özü də Braziliyadan təkliflər almasına baxmayaraq, Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, Luis Suares 2007-2011-ci illərdə “Ayaks”da çıxış edib.
- Braziliyalıların hesabına güclənən Premyer Liqa - RƏQƏMLƏR
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- "Bavariya" 2012-ci ildən bəri ilk dəfə mövsümü kuboksuz başa vurdu
- "Qızıl top"un qalibi müəyyənləşdi
- “Mingəçevir”in təxirə salınmış oyununun vaxtı açıqlandı
0
0