Gündoğan 1 il daha "Siti"də
14.04.2025 - 08:49
"Mançester Siti" yarımmüdafiəçisi İlkay Gündoğanla müqavilə müddətini 1 il uzadıb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "şəhərlilər" türk əsilli futbolçunun sözləşməsinin 1 illik uzatma bəndindən isitifadə edəcək.
34 yaşlı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Komandanın baş məşqçisi Pep Qvardiola mətbuat konfransında məsələ ilə bağlı bunları söyləyib: "Nə olacağını bilmirəm, amma indi onun daha bir illik müqaviləsi var".
Xatırladaq ki, İlkay Gündoğan ötən yay “Barselona”dan “Mançester Siti”yə qayıtmışdı.
- Mövsümün ən yaxşı futbolçusu açıqlandı
- Kadi Borqes: “Hədəfimiz Çempionlar Liqasının qrupu olmalıdır” - MÜSAHİBƏ
- “İnter” onunla müqaviləni uzadır
- III MDB Oyunları: Batut gimnastikası üzrə yarışlara start verilib - FOTO
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
0
0