Hadson-Odoiyə üç müştəri
08.08.2022 - 09:15
“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoini heyətinə qatmaq istəyən klubların adları bəlli olub.
Apasport.az saytının məlumatına görə, vinger üç komandanın hədəfindədir.
Bunlardan ikisi Premyer Liqa təmsilçiləridir. “Lester”lə “Sauthempton” Kallumu sıralarına qatmaq istəyir.
21 yaşlı futbolçuya “Yuventus” da iddia edir. O, ötən mövsüm 28 matça çıxıb və 3 qol vurub.
Qeyd edək ki, Hadson-Odoinin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda master klass təşkil olunub
- Güləşçilər Respublika çempionatında mübarizəyə start veriblər
- Alman futbolçular həyat yoldaşları ilə görüşə bilmir - Səbəb
- "Zirə" "Qəbələ"ni məğlub edib- YENİLƏNİB
- Airbadminton üzrə milli komandamız dünya çempionatına vəsiqə qazanıb
0
0