Haland Ronaldonu keçdi
30.10.2023 - 11:51
Erlinq Haland Mançester derbisindəki qol sayında Kriştiano Ronaldonu geridə qoyub.
Apasport.az xəbər verir ki, norveçli hücumçu sonuncu derbidə 2 dəfə fərqlənərək bu qarşılaşmalardakı qol sayını 4-ə çatdırıb.
Bununla da 23 yaşlı gənc ulduz Mançester derbilərində 3 qol vuran Ronaldonu arxada qoyub. “Şəhərlilər”in forvardı həm də səfər oyunlarında 20 qola ən tez çatan oyunçu adını qazanıb. O, buna 23 matçda nail olub.
Qeyd edək ki, “Mançester Yunayted” – “Mançester Siti” qarşılaşması “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- “Şamaxı” ilk qələbəsini Tovuzda qazandı - YENİLƏNİB
- Yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"na yekun vurulub
- I Liqa: “Cəbrayıl”dan böyükhesablı qələbə, “Karvan” itkisiz davam edir - YENİLƏNİB
- "Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə
- 4 boksçumuz beynəlxalq turnirin finalında
0
0