Almaniyanın V liqa klubu “Ayntraxt Bamberq” qeyri-adi səbəbdən ilin sonuna qədər evdə oynaya bilməyəcək.
Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın çıxış etdiyi “Fuks Park” stadionunda bir gün əvvəl Kviddiç turnirinin keçirilməsi olub.
Bu idman oyunu Roulinqin “Harri Potter” haqda yazdığı əsərlər silsiləsi üçün icad edilib. Bu, reqbi, həndbol kimi topla oynanılan digər idman növlərinin qarışığından uyğunlaşdırılan versiyadır. Kviddiç turnirindən sonra qazon futbol oynamaq üçün yararsız hala düşüb. Bu üzdən “Ayntraxt”ın Oberliqanın lideri “Vürzburq”la oyunu təxirə salınıb.
Bamberq klubu ev oyunlarını yalnız yazda lazımi keyfiyyətdə keçirə biləcək.
- “Sumqayıt”dan inamlı qələbə ilə start - YENİLƏNİB
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- "Kəpəz"in futbolçusu: "Nəinki sonuncu, heç 9-cu yeri də... " - Müsahibə
- “Aston Villa”nın 5 oyunçusu “Fənər"lə oyunu buraxacaq
- Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”